Sun Finance Azerbaijan

Problemli kreditlər üzrə yığım operatoru (SOFT)

  • Tam iş günü
  • Problemli kreditlər şöbəsi
  • Bakı

GÖRƏCƏYINIZ IŞLƏR:

Problemli kredit portfellərinə nəzarət etmək;

Hər bir gecikmə üzrə müştərilərlə ödənişlərini təmin etmək üçün mütəmadi əlaqə saxlamaq;

Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlər görmək;

Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;

Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmək;

Şirkətin rəhbərliyi tərəfindən tapşırılan digər vəzifə və öhdəliklərini həyata keçirmək.


BU VƏZIFƏ ÜZRƏ IDEAL NAMIZƏD:

Aidiyyati sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır;

Dil bilikləri: Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;

Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;

Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti;

Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.


BIZ TƏKLIF EDIRIK:

Müasir ofis;

Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;

Müasir idarəetmə sistemi və mehriban kollektiv;

Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;

Tibbi sığorta təminatının verilməsi (3 ay sonra);

Dadlı və limitsiz qəhvə;

“Team building” tədbirlərinin keçirilməsi.


ŞƏRTLƏR:

İş vaxtı: Keçici cədvələ uyğun olaraq növbəli iş rejimi (09:00-dan 18:00-dək; 10:00-dan 19:00-dək). Nahar vaxtı 1 saat;

Əmək haqqı: 500 azn (net) + 550 KPI bonus;

Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi;