Sun Finance Azerbaijan

Telemarketinq və satış üzrə operator

  • Tam iş günü
  • Müştəri xidmətləri şöbəsi
  • Bakı

Vəzifə öhdəlikləri:

  • Mövcud olan müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi.
  • Telefon vasitəsilə təqdim olunmuş bazalar əsasında potensial müştərilər ilə əlaqə saxlamaq və onlara telefon üzərindən satış həyata keçirmək.
  • Müəssisənin məhsulları, xidmətləri və üstünlükləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştərilərin müvafiq suallarına ən uyğun formada ətraflı cavab verilməsi.
  • Zəng zamanı müştərilərlə biznes etikası standartlarına (müəyyən edilmiş “Script”-ə) uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması. Müştəri müraciətlərinin qəbulunda stress, qəzəb və ya digər mübahisəli ünsürlərin yaranması zamanı təmkinliklə, dolğun məlumatlandırmanı təmin etmək.
  • Potensial müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün xidmət seçimində köməklik göstərmək.
  • Potensial müştəri ilə danışıqlar aparan zaman ortaya çıxan problemləri müvafiq səlahiyyət çərçivəsində həll edə bilmək.
  • Telemarketinq və satış üzrə operator danışıqların nəticələrinin statistikasını aparır, həmçinin mövcud məlumat bazası əsasında müştərilər arasında sorğular aparır.

Şərtlər:

İş vaxtı: Növbəli iş rejimi;

Əmək haqqı: 500 AZN + 550 AZN KPI bonus;