Sun Finance Azerbaijan

Telemarketinq və satış üzrə qrup rəhbəri

  • Tam iş günü
  • Müştəri xidmətləri şöbəsi
  • Bakı

TƏLƏBLƏR:

Müvafiq vəzifədə ən az 1 il iş təcrübəsi mütləqdir;

Telemarketinq komandasının işini təşkil etmək, satış planlarının icrasını təmin etmək, komandanın effektivliyini və gəlirliliyini artırmaq;

Münaqişələrə kreativ həll yolu tapan;

Analitik bacarığı olan;

Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən;

Güclü kommunikativ qabiliyyətə sahib olan;

Kompüter və MS Office proqram bilikləri yüksək səviyyədə bilən;

VƏZIFƏ ÖHDƏLIKLƏRI:

Operatorların işinin effektiv şəkildə təşkili: bazanın qurulması, əməkdaşların təliminin təşkili; yeni əməkdaşlara işin əsaslarının izahı; operatorların iş keyfiyyətinə nəzarət;

Satış üçün edilən və qəbul olunan zəng sayısının artırılması, skriptlərin təkmilləşdirilməsi;

Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi;

İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması;

Cari işçilər üçün təhsil və təlim proqramlarının hazırlanmasında iştirak; 

BIZ SIZƏ NƏ TƏKLIF EDIRIK:

Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;

Müasir idarəetmə sistemi və mehriban kollektiv;

Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;

Tibbi sığorta təminatının verilməsi;

“Team building” tədbirlərinin keçirilməsi;

ŞƏRTLƏR:

İş vaxtı: Növbəli iş rejimi (gündüz);

Əmək haqqı: 1100 azn (net) + 400 azn (KPI) bonus;

Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi.