Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək.
Müəssisənin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək, korporativ xidmət standartlarına əməl etmək.
Müştərilərə Onlayn Çat Xidməti (ERP Whalp.az) tərəfindən gələn sualları, tələbləri və şikayətləri sürətli və effektiv şəkildə cavablandırmaq.
Müəssisənin onlayn çat platformalarında müştərilərin yaşadığı problemləri anlamaq və həll etmək üçün səmimi üslubla çalışmaq.
Müraciət edən müştərilərə Müəssisənin məhsulları və xidmətləri haqqında tam olaraq məlumatlandırılması və müştərilərin müvafiq suallarına ən uyğun formada ətraflı cavab verilməsi, müştəriyə yüksək səviyyəli xidmət göstərmək, onun kreditoru seçməkdə səhv etmədiyinə əmin olmasını təmin etmək.
Müştərilərin onlayn platformlardakı tələblərini, dəyişikliklərini və istəklərini dəqiqləşdirmək və aidiyyəti üzrə yönləndirmək.
Chat Bot sayəsində suallara və müraciətlərə cavab vermək. Müştərilərin şəxsi kabinet əməliyyatları üzrə, elektron poçt, ad, soyad və kart hesabların (IBAN) informasiyası və konsultasiyası ilə təmin edilməsi.