Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
Gecikmələr üzrə təlimata əsasən təyin olunmuş portfel üzrə gecikmədə olan müştərilərə telefon zəngləri etmək və gecikmədə olan məbləğlərin geri yığımına nail olmaq;
Səmərəli danışıq üsulu seçmək və mövcüd müştəri üzrə hərəkət planını müəyyənləşdirmək məqsədilə gecikmədə olan müştərilərə dair qeydiyyata alınmış bütün mövcud məlumatları təhlil etmək;
Gecikmədə olan müştərilərlə biznes etikası standartlarına (müəyyən edilmiş “Script”-ə) uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyət qurmaq və həmin ünsiyyəti qoruyub saxlamaq. Müştəri müraciətlərinin qəbulunda stress, qəzəb və ya digər mübahisəli ünsürlərin yaranması zamanı təmkinliklə, dolğun məlumatlandırmanı təmin etmək;
Öz səlahiyyətləri daxilində müştərilərin məsələlərinin (münaqişə vəziyyətlərinin) həll edilməsi;
Şöbəyə daxil olan yeni işçilərə təlim keçirilməsi, zənglərin monitorinqi, şöbə işçiləri arasında loyallıqı artırmaq və motivasiyanı yüksəkdə tutmaq, iş grafiklərin tərtib edilməsi;
Problemli kreditlərin idarəedilməsi ilə bağlı şöbə müdirinin digər tapşırıqlarının yerinə yetirilməsi.