Əsas vəzifə öhdəlikləri:
SF Azerbaijan BOKT MMC komandamıza qoşulmaq üçün peşəkar biliklərə, analitik düşüncəyə və müvafiq sahədə təcrübəyə malik Hüquqşünas axtarır.
- Şirkət adından bağlanılan müqavilə və digər hüquqi sənədlərin ekspertizasını aparmaq, hüquqi rəylər hazırlamaq;
- Şirkətin hüquq və mənafelərini məhkəmələrdə, dövlət orqanlarında və digər aidiyyəti qurumlarda təmsil və müdafiə etmək, bundan irəli gələn zəruri sənədləri hazırlamaq;
- Dövlət orqanlarından daxil olan sorğu və müraciətlərə qanunvericiliyə uyğun cavablar hazırlamaq;
- Şirkətin struktur bölmələrinə hüquqi məsələlər üzrə məsləhət və dəstək vermək;
- AML/CFT (çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə) üzrə hüquqi tələblərin tətbiqini dəstəkləmək;
- Daxili normativ sənədlərin, etibarnamələrin, əmrlərin və digər hüquqi sənədlərin hazırlanmasında iştirak etmək;
- Hüquqi riskləri müəyyən etmək, qiymətləndirmək və onların azaldılması üzrə təkliflər vermək.