Sun Finance Azerbaijan

İnsan Resursları və İnzibati İşlər üzrə Direktor

  • Full-time
  • İnsan Resursları və İnzibati İşlər üzrə Direktor
  • Baku

Vəzifə öhdəlikləri

  • Şirkətin biznes strategiyasına uyğun İR strategiyasının həyata keçirilməsi.
  • İnsan resursları siyasətinin, daxili qayda və prosedurların hazırlanması, tətbiqi və mütəmadi təkmilləşdirilməsi.
  • İşə qəbul, seçim, adaptasiya, təlim və inkişaf, istedadların idarə edilməsi və karyera planlaşdırılması proseslərinin təşkili.
  • Performansın qiymətləndirilməsi.
  • Əməkhaqqı, bonus və motivasiya sistemlərinin hazırlanması.
  • İşçi məmnuniyyətinin, bağlılığının və korporativ mədəniyyətin inkişaf etdirilməsi, daxili kommunikasiya proseslərinin təşkili.
  • Əmək münasibətlərinin idarə edilməsi, kadr sənədləşməsinə nəzarət və əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi.
  • İR büdcəsinin planlaşdırılması, işçi heyəti üzrə hesabatların və analitik göstəricilərin hazırlanması.
  • İR auditlərinin aparılması, mövcud proseslərin təhlili, optimallaşdırılması və avtomatlaşdırılması.
  • Şirkətin inzibati fəaliyyətinin, ofis idarəçiliyinin, təsərrüfat və təminat proseslərinin təşkili və nəzarətdə saxlanılması.
  • İnzibati xərclərin optimallaşdırılması, təchizatçılarla işin və müvafiq xidmətlərin koordinasiyası.
  • İR və inzibati işlər üzrə komandanın idarə edilməsi, əməkdaşların fəaliyyətinə nəzarət və peşəkar inkişafının dəstəklənməsi.
  • Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.


Tələblər

  • İnsan resursları sahəsində minimum 7–10 il iş təcrübəsi, rəhbər vəzifədə minimum 5 il təcrübə.
  • Bank və ya Fintech sahəsində iş təcrübəsi mütləqdir.
  • Ali təhsil (İnsan resurslarının idarə edilməsi, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə).
  • Beynəlxalq HR sertifikatlarından ən azı birinin olması mütləqdir: SPHRi, SHRM-SCP və ya CIPD Level 5/7.
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyini və əmək münasibətlərinin rəsmiləşdirilməsi qaydalarını mükəmməl bilmək.
  • İR strategiyasının hazırlanması, İR sistemlərinin qurulması və biznes proseslərinin təkmilləşdirilməsi üzrə təcrübə.
  • KPI, performansın qiymətləndirilməsi, əməkhaqqı və motivasiya sistemləri üzrə praktiki biliklər.
  • İnzibati işlərin və ofis fəaliyyətinin idarə edilməsi üzrə təcrübə.
  • MS Office proqramlarını, xüsusilə Excel, Word, Outlook yüksək səviyyədə bilmək mütləqdir.
  • Azərbaycan dili sərbəst, rus dili mütləq, ingilis dili arzuolunandır.
  • Güclü liderlik, strateji düşünmə, analitik təhlil və qərarvermə bacarıqları.
  • Yüksək kommunikasiya, təşkilatçılıq, problem həll etmə və komanda idarəetmə bacarıqları.
  • Məxfi məlumatlarla işləmək, məsuliyyətli və nəticəyönümlü fəaliyyət göstərmək bacarığı.


İş şəraiti

  • Rəqabətədavamlı əməkhaqqı (namizədin təcrübə və biliklərinə uyğun müsahibə əsasında).
  • Əmək qanunvericiliyinə uyğun rəsmi əmək münasibətləri.
  • İş rejimi: 5/7, saat 09:00-18:00


Müraciət qaydası

CV-nizi mövzu hissəsində “İnsan Resursları və İnzibati İşlər üzrə Direktor” qeyd etməklə təqdim etməyiniz xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlər ilə əlaqə saxlanılacaq.