Müvafiq təlimata əsasən Müəssisənin filialına yaxınlaşan müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək.
Müəssisənin məhsulları və xidmətləri haqqında tam olaraq məlumatlandırılması və müştərilərin müvafiq suallarına ən uyğun formada ətraflı cavab verilməsi, müştəriyə yüksək səviyyəli xidmət göstərmək, onun kreditoru seçməkdə səhv etmədiyinə əmin olmasını təmin etmək.
Müştərilərə kredit üçün müraciət anketinin səhvsiz və dolğun doldurulmasına köməklik etmək.
Müştərilərlə biznes etikası standartlarına (müəyyən edilmiş “Script”-ə) uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması. Müştəri müraciətlərinin qəbulunda stress, qəzəb və ya digər mübahisəli ünsürlərin yaranması zamanı təmkinliklə, dolğun məlumatlandırmanı təmin etmək.
Müştərilərin çətinliklərini müvafiq səlahiyyət çərçivəsində həll edilməsi.
Müştərilərin şəxsi kabinet əməliyyatları üzrə və kart hesabların (IBAN) informasiyası və konsultasiyası ilə təmin etmək.