Sun Finance Azerbaijan

Ödənişlər üzrə mütəxəssis

  • Tam iş günü
  • Maliyyə şöbəsi
  • Bakı

Tələblər:

Təhsil: Ali təhsil, (İqtisadiyyat və ya Tətbiqi riyaziyyat);

Dil bilikləri: Azərbaycan və Rus dillərini sərbəst bilmək;

Təcrübə: Bank sektorunda müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

Komputer bilikləri: Yüksək səviyyədə Excel biliyi; ERP sistemləri ilə bağlı ümumi anlayış;

Şəxsi keyfiyyətlər: Mükəmməl məntiqi-analitik düşüncə və riyazi, statistik biliklər; Detallara qarşı diqqətlilik;

Vəzifə öhdəlikləri:

Müştərilərin kreditləşməsi ilə bağlı qaimə-fakturaların və daxil olan ödənişlərin maliyyə siyasəti və prosedurlarına uyğun işlənməsi;

Kredit üzrə ödənişlərin təsdiqi, ödənişə göndərilməsi, hesablaşma, depozit və uzadılma (prolongation) əməliyyatların aparılması;

Ödənişlərin bütün uyğunsuzluqlarının müəyyənləşdirilməsi və bu məbləğlərin tranzit hesablardakı qalıqların vaxtında əks etdirilməsi;

Əməliyyatların düzgün qeydiyyatının aparılması və təhlükəsizliyinin təmin edilməsi;

Ödənişlərlə yaranan problemləri müştəri tərəfindən təqdim edilən ödəniş çeklərinə əsasən araşdırılması və həll edilməsi;

Müştəri tərəfindən hesabına artıq ödənilmiş pulun geri qaytarılması;

Müştəri tərəfindən imtina edilən kreditin ləğvi;

Bütün aparılan əməliyyatların uçota alınmasını və düzgün saxlanması təmin edilməsi;

Müştərilərin ödəniş məsələlərini həll etmək üçün digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət həyata keçirilməsi;

Müştərilərin ödəniş və köçürmə məhsulları ilə əlaqəli əməkdaşlıq və əqdlərinin hazırlanması, struktura salınması və həyata keçirilməsində dəstək verməsi, lazımi məlumatlarla təmin etməsi;

“ERP” proqram məlumatlarından istifadə edilməsi və prosesin avtomatlaşdırılmasında iştirak edilməsi;

Təlimatlara uyğun olaraq bütün zəruri proqram təminatından istifadə etmək.

İmtiyazlar:

Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;

Müasir idarəetmə sistemi və mehriban kollektiv;

Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;

Tibbi sığorta təminatının verilməsi (sınaq müddəti bitdikdən sonra);

Dadlı və limitsiz qəhvə;

“Team building” tədbirlərinin keçirilməsi;

İş şərtləri:

İş vaxtı: 5/2, 09:00-18:00;

Əmək haqqı: 800 AZN (net);

Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi.