Manato

Baş Hüquqşünas/ PL/TMM

  • Tam iş günü
  • Hüquq departamenti
  • Bakı

Tələblər:

Təhsil: Ali, Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi (Beynəlxalq hüquqa üstünlük verilir);

Dil bilikləri: Azərbaycan və Rus dillərini səlis bilmək, ingilis dili (üstünlükdür);

Təcrübə: Hüquq sahəsində minimum 3 il;

Komputer bilikləri: MS Office proqramlarında peşəkar işləyə bilmək bacarığı;

Şəxsi keyfiyyətlər: Mükəmməl analitik düşüncə və güclü ünsiyyət bacarıqları; Qərarları dəqiq vermək bacarıqı;

Üstünlüklər: Beynəlxalq PL/TMM sertifikatının (CAMS, CGSS) olması; 

Vəzifə öhdəlikləri:

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə dair qanunvericiliyə uyğun olaraq tələb olunan daxili normativ sənədlərin hazırlanmasını və vaxtaşırı yenilənməsini təmin etmək.

Əməkdaşlar üçün konsultasiyaların keçirilməsi və komplayens məsələləri üzrə bölmələrə metodoloji dəstək (o cümlədən təlimlərin keçirilməsi).

PL/TMM ilə bağlı qanunvericilikdə və digər tənzimləyici tələblərdəki hər hansı dəyişiklikləri müəyyən etmək və rəhbərliyi məlumatlandırmaq.

Şirkətin korporativ hüquq sisteminin qurulmasında və idarə edilməsində iştirak etmək.

Şirkətin daxili siyasət, qayda və prosedurlarının hazırlanmasında birbaşa iştirak etmək.

Təşkilatdaxili bütün sənədləşmə işlərinə hüquqi rəylərin verilməsinin, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi.

Müqavilələrin və digər hüquqi sənədlərin təftişi, tərtibatı və rəsmiləşdirməsinə nəzarət edilməsi.

Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması.

Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Şirkəti təmsil etmək, şirkət adından sənədlərin hazırlanması, təqdim edilməsini həyata keçirmək.

Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək.

Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq.

İmtiyazlar:

Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq.

Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti.

Könüllü tibbi sığorta (3 ay sonra).

Dadlı və limitsiz qəhvə.

“Team building” tədbirlərinin keçirilməsi.

Şərtlər:

İş vaxtı: 5/2, 09:00 - 18:00.

Əmək haqqı: müsahibə əsnasında müəyyən edilir.