Sun Finance Azerbaijan

Onlayn müraciətlərə dəstək üzrə operator

  • Full-time
  • Onlayn müraciətlərə dəstək üzrə operator
  • Baku

Tələblər

Təhsil: Orta ixtisas, natamam ali, ali təhsilli;

Dil bilikləri: Azərbaycan dili mükəmməl bilmək, rus dili (arzuolunandır);

Təcrübə: Müvafiq vəzifə üzrə 6 (altı) ay iş təcrübəsi (arzuolunandır);

Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;

Şəxsi keyfiyyətlər: Kompyuterdə çevik işləmə qabiliyyəti; Onlayn çat platformalarının idarə edilməsi və səmimi üslubla müştərilərə kömək etmək üçün texniki biliklərə malik olmaq;

Vəzifə öhdəlikləri

-      Müştərilər tərəfindən gələn sualları, tələbləri və şikayətləri Onlayn Çat Xidməti (ERP Whalp.az) ilə sürətli və effektiv şəkildə cavablandırmaq.

-      Müəssisənin onlayn çat platformalarında müştərilərin yaşadığı problemləri anlamaq və həll etmək üçün səmimi üslubla çalışmaq.

-      Müraciət edən müştərilərə Müəssisənin məhsulları və xidmətləri haqqında tam olaraq məlumatlandırılması və müştərilərin müvafiq suallarına ən uyğun formada ətraflı cavab vermək.

-      Müştərilərin onlayn platformlardakı tələblərini, dəyişikliklərini və istəklərini dəqiqləşdirmək və aidiyyəti üzrə yönləndirmək.

-      Chat Bot sayəsində suallara və müraciətlərə cavab vermək.

-      Müştərilərin şəxsi kabinet əməliyyatları üzrə konsultasiyası ilə təmin edilməsi.

İmtiyazlar

-      Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;

-      Müasir idarəetmə sistemi və mehriban kollektiv;

-      Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;

-      Tibbi sığorta təminatının verilməsi (işə başladığdan 3 ay sonra);

-      Dadlı və limitsiz qəhvə;

-      “Team building” tədbirlərinin keçirilməsi;

İş şərtləri

İş vaxtı: 3 (üç) növbəli iş rejimi (08:00-dan 17:00-dək, 09:00-dan 18:00-dək; 11:00-dan 20:00-dək;);

İstirahət günü: Həftədə 2 gün qrafik əsasında istirahət günü;

Əmək haqqı: 600 AZN + 550 AZN KPI bonus;

Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi.